Azərbaycan, Bakı, 7 mart /Trend/
Bu gün Milan məhkəməsi İtaliyanın sabiq Baş naziri Silvio Berluskonini BNL bankının (Banca Nazionale del Lavoro) "Unipol" sığorta qrupunun uğursuz əldə edilməsi işi üzrə bir il həbs cəzasına məhkum edib.
Trend-in cümə axşamı "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Berluskoni həmin iş çərçivəsində məxfi informasiyanın açılmasında iştirakda təqsirləndirilirdi.
Bununla belə, məhkəmə prokurorluğun tələbini qəbul edərək siyasətçini bir il azadlıqdan məhrum edib.