...

Azərbaycan Hind okeanında keçirilən hərbi təlimlərdə iştirak edib

Siyasət Materials 9 Mart 2013 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hind okeanında Pakistanın ev sahibliyi etdiyi AMAN-13 adlı hərbi təlimlərdə iştirak edib. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Keçirilən hərbi təlimlərdə Azərbaycanla yanaşı, Bəhreyn, Braziliya, Kanada, Misir, Almaniya, İordaniya, Bruney, Myanmar, Nigeriya, Cənubi Sudan, Oman, Polşa, Rusiya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Türkmənistan və Ukrayna müşahidəçi qismində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti