...

Azərbaycanın hakim partiyası artıq prezident seçkilərinə hazırlığa start verdiyini bəyan edib

Siyasət Materials 16 Mart 2013 14:11 (UTC +04:00)
Azərbaycanın hakim partiyası artıq prezident seçkilərinə hazırlığa start verdiyini bəyan edib.
Azərbaycanın hakim partiyası artıq prezident seçkilərinə hazırlığa start verdiyini bəyan edib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası artıq prezident seçkilərinə hazırlığa start verib.

Trend-in məlumatına görə, bunu şənbə günü Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov YAP-ın Xətai rayonunda təşkil olunmuş rayon və şəhər təşkilatının müşavirəsində çıxışında bildirib.

"Biz hər bir əhəmiyyətli məsələ ilə əlaqədar zona, eləcə də rayon təşkilatı sədrlərinin müşavirəsini keçiririk və müvafiq təlimatlarımızı veririk", - o deyib.

Partiya sədrinin müavininin sözlərinə görə, YAP partiya daxilində, həmçinin partiyanın yerli strukturlarında qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar işlərə start verib.

O qeyd edib ki, müşavirə yerli strukturların seçki kampaniyasının yüksək şəraitdə təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunub.

"Bildiyiniz kimi, 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. YAP öz ənənəsinə uyğun olaraq, prezident seçkiləri kampaniyasının yüksək fəallılıq şəraitində keçirilməsi və irəliyə sürülən namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verir", - o deyib.

Əhmədovun sözlərinə görə, bütün təhlillər onu təsdiq edir ki, İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının öz arzu və istəklərini gerçəkləşdirməsi üçün şans verir. O qeyd edib ki, Azərbaycanın iqtisadiyyatının sürətli inkişafının təmin olunması, insanların rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələr həyata keçirilib, beynəlxalq arenada ölkəmizin yeni imici formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti