Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində yaxşı səviyyədə olduğunu vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı ənənələrə malik olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın müdafiə sahəsində daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı.
Gürcüstanın müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu bildirən İrakli Alasaniya səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından önəmli olduğunu vurğuladı.
İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul etmişdir.