...

Daxili İşlər Nazirliyi Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 20 Mart 2013 19:08 (UTC +04:00)
Daxili İşlər Nazirliyi sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.
Daxili İşlər Nazirliyi Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 20 mart /Trend/

Daxili İşlər Nazirliyi sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, polis əməkdaşları axtarışda olan silahlı cinayətkarın tutulması istiqamətində əməliyyat həyata keçirərkən təsadüfən orada olan Rəhim Qazıyev səs-küy qaldırıb, polisin qanuni tələblərinə tabe olmayıb.

Bundan sonra Rəhim Qazıyev saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, dünən sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti