...

Trend-in oxucuları ABŞ Dövlət Departamentinə İranla bağlı sual vermək imkanı qazanıblar

Siyasət Materials 27 Mart 2013 16:47 (UTC +04:00)
Trend İnformasiya Agentliyi martın 29-da ABŞ Dövlət Departamentinin İrandakı son vəziyyətlə bağlı "Google+Hangout" xidməti (videoçat qrupu servisi) vasitəsilə təşkil edəcəyi onlayn müsahibəyə dəvət olunub.
Trend-in oxucuları ABŞ Dövlət Departamentinə İranla bağlı sual vermək imkanı qazanıblar

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/

Trend İnformasiya Agentliyi martın 29-da ABŞ Dövlət Departamentinin İrandakı son vəziyyətlə bağlı "Google+Hangout" xidməti (videoçat qrupu servisi) vasitəsilə təşkil edəcəyi onlayn müsahibəyə dəvət olunub.

Suallara ABŞ Dövlət Departamentinin İran üzrə sözçüsü Alan Eyr cavab verəcək.

ABŞ Dövlət Departamentinin rəsmi saytında canlı yayımlanacaq müsahibədə iştirak etmək və sual vermək üçün dünyanın nüfuzlu mətbuatının tanınmış nümayəndələri, o cümlədən Azərbaycandan Trend-in İran xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu dəvət olunub.

Müsahibədə, həmçinin Trend-in oxucuları onları maraqlandıran sualları Dalğa Xatınoğlu vasitəsilə səsləndirə bilərlər. Sualları martın 29-da Bakı vaxtı ilə saat 17:00-a qədər [email protected] e-mail ünvanına göndərmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti