...

Hakim partiyanın Gənclər Birliyindən Rəhim Qazıyevin məktubuna münasibət

Siyasət Materials 27 Mart 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

"Rəhim Qazıyev kimi bir xəyanətkarın məktubuna cavab olaraq bildirmək istiyirəm ki, əgər söhbət deyilən sözün üstündə kişi kimi dayanmaqdan gedirsə, onda sən indi nə üzlə xalqın adından danışırsan?" Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Rəhim Qazıyevin Prezident İlham Əliyevə ünvanladığı məktuba münasibət bildirərkən deyib.

"Televiziyada xalq qarşısında çıxışını, Şuşa işğal olunsa, özünə qəsd edəcəyini dediyin, verdiyin sözləri unutmusan? Kişi sözünün ağasıdır. Bəs sən? Sən unuda bilərsən, amma Azərbaycan xalqı sənin kimi satqınları əsla unutmayıb", - Orucov qeyd edib.

"Azərbaycanın dilbər guşələri işğal olunanda harada idin" sualını Qazıyevə ünavnalayan Gənclər Birliyinin sədri qeyd edib ki, belə bir satqının azərbaycanlı adını daşımağa haqqı yoxdur.

"İnsan kiminsə acısından öz xeyrinə istifadə etməz. Son vaxtlar əsgər analarını önə çəkib onların arxasında gizlənməyiniz kimliyinizdən xəbər verir. Biz öz övladlarımızı onların yerinə qoymuruq, çünki onlar elə bizim övladlarımızdır. Sənin bu məsələyə mövqe bildirməyə haqqın yoxdur", - Orucov deyib.

O, həmçinin sabiq müdafiə nazirinin 30-dan çox insanı güllə qabağına verdiyini, satdığı torpaqlarda neçə minlərlə azərbaycanlı ailəsinin məhvinə səbəb olduğunu xatırladıb.

"İndi nə üzlə meydana çıxıb mövqe bildirirsən?! Ölkə başçısına şər-böhtan dolu məktub yazırsan", - Orucov deyib.

O vurğulayıb ki, bu gün Azərbaycanın inkişafı, beynəlxalq arenada mövqeyi göz qabağındadır. "Biz dərin iftixar hissi ilə söyləyə bilərik ki, xalqımızın hər bir övladı, bütün vətəndaşlar müasir inkişafımızı sürətləndirmək üçün səylə çalışır. Bunun üçün cənab Prezidentimiz hər cür şərait yaradıb. Bu gözəlliyi görməmək və ya görə-görə öz xeyrinə olmadığı üçün danmaq özü bir xainlikdir", - Gənclər Birliyinin sədri deyib.

Orucov onu da əlavə edib ki, Azərbaycan xalqı müdrik xalqdır: "Sənin kimi xainin hakimiyyətə gəlib, xalqa o acı günləri yenidən yaşatmaq niyyəti elə ürəyində qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti