...

Rusiya Qara dəniz hövzəsində irimiqyaslı təlimlərə başlayır

Siyasət Materials 28 Mart 2013 15:26 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Qara dəniz hövzəsində irimiqyaslı hərbi təlimlərin keçirilməsi ilə bağlı əmr imzalayıb.
Rusiya Qara dəniz hövzəsində irimiqyaslı təlimlərə başlayır

Azərbaycan, Bakı, 28 mart /Trend/

Rusiya Prezidenti Vladimir Putin Qara dəniz hövzəsində irimiqyaslı hərbi təlimlərin keçirilməsi ilə bağlı əmr imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RF Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Bu gün səhər saat 04:00 radələrində Rusiya Federasiyanın Prezidenti və Baş Komandanı Qara dəniz hövzəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib. Söhbət irimiqyaslı qəfil təlim-yoxlamalardan gedir", - Peskov deyib.

Onun sözlərinə görə, təlimlərin əsas məqsədi döyüş hazırlığını və şəxsi heyətin hərəkətlərinin koordinasiyasını yoxlamaqdır.

Təlimlərdə 36 gəmi, Hava Desant Qoşunları, həmçinin xüsusi təyinatlılar və Baş Qərargahın xüsusi təyinatlı qrupu iştitak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti