...

Sərdar Cəlaloğlu: Artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır

Siyasət Materials 1 May 2013 11:39 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır.
Sərdar Cəlaloğlu: Artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, artıq müxalifətin vahid namizəd məsələsini gündəmdən çıxarmaq lazımdır.

"Çünki bunu istəmədilər, bu gün də istəmirlər və bu gün də "vahid namizəd lazımdır" deyənlər səmimi deyil, əksinə baxsan onlar artıq başa düşürlər ki, vahid namizəd məsələsini reallaşdırmaq qeyri-mümkündür", - bu barədə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib.

Cəlaloğlunun fikrincə, vahid namizəd məsələsi artıq vaxt baxımından heç bir məna kəsb etmir. O qeyd edib ki, bəzi qüvvələrin "vahid namizəd istəyirik" və yaxud "müxalifətin geniş koalisiyasını istəyirik" fikri sadəcə olaraq ictimai bəraət qazanmaqdan başqa heç nəyə xidmət etmir.

"Vaxtında bu ideyanın əleyhinə çıxanların bu gün özlərini guya bu ideyanın tərəfdarları kimi aparmaları məsuliyyətdən qaçmaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan müxalifətinin vahid namizəd ideyası bir il yarım, iki il bundan əvvəl reallaşmalı idi. Artıq biz bu gün Azərbaycanın ən ucqar kəndində də belə seçki komissiyalarımızı qurmalı idik, adamlarımızı müəyyənləşdirməli və hazır vəziyyətdə olmalı idik", - partiya sədri deyib.

O qeyd edib ki, amma bu gün müxalifət liderləri arasında kifayət qədər ziddiyətlər var, hamı öz marağını ortaya qoyub.

"Misal üçün, kimlərsə öz partiyasında artıq namizədliyini elan edib. Namizəd elan edilməzdən əvvəl bu məsələləri həll etmək daha asandır, nəinki namizəd elan olunduqdan sonra. Belə bir fikir dedilər ki, hamı namizədliyini versin, müəyyən bir iş aparsın, sonra namizədlərin arasından vahid namizəd seçərik. Bu, o qədər gülünc, yanlış bir şeydir ki, bizi gətirib bu vəziyyətə çıxarıb", - Cəlaloğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti