Azərbaycan, Bakı, 1 may/Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistan və Şri-Lankaya rəsmi səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Məlumata görə, Məmmədyarov mayın 2-5-də Hindistana, iyunun 5-8-də isə Şri-Lankaya səfər edəcək.
Səfər çərçivəsində Məmmədyarov hər iki ölkə rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlər zamanı bir sıra sahələrdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlərin geniş spektri müzakirə ediləcək.