...

Türkiyənin Baş naziri Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə şübhə etmir

Siyasət Materials 2 May 2013 16:44 (UTC +04:00)
Suriyada Prezident Bəşşar Əsəd rejiminin silahlı müxalifət və dinc əhaliyə qarşı kimyəvi silah istifadə etməsinə ən kiçik şübhə belə yoxdur.
Türkiyənin Baş naziri Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə şübhə etmir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Tağıyeva/

Suriyada Prezident Bəşşar Əsəd rejiminin silahlı müxalifət və dinc əhaliyə qarşı kimyəvi silah istifadə etməsinə ən kiçik şübhə belə yoxdur. Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində bildirib.

Ərdoğanın sözlərinə görə, o, Suriya hakimiyyəti tərəfindən kimyəvi silah tətbiqi məsələsini mayın 16-da ABŞ-a səfəri zamanı Prezident Barak Obama ilə müzakirə etmək niyyətindədir.

Baş nazir vurğulayıb ki, bu gün Suriyada silahlı müxalifət güclüdür.

"Silahlı müxalifət yerüstü əməliyyatlarda güclüdür. Suriya ordusu müxalifət ordusundan yalnız hava əməliyyatlarında güclüdür. Çünki hökumət ordusu müasir qırıcı təyyarələr və helikopterlərə malikdir", - Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti