Azərbaycan, Bakı, 4 may /Trend/
Danimarka hökuməti rəsmi fələstinli nümayəndələrinə diplomatik status verib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Şimali Avropa ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilmiş görüşündə danimarkalı xarici işlər naziri Villi Syeundal məlumat verib.
"Bu, bizim fələstinlilərin dövlətini qurmaq haqlarına verdiyimiz dəstəkdir. Fələstin indi inkişaf edir. Ümid edirik ki, bu, həmçinin, Fələstin hökumətini sülh danışıqlarında iştirak etməyə həvəsləndirər" - deyə o, əlavə edib.
Helsinkidə isə analoji addımın Finlandiya tərəfindən atıldığını bu ölkənin XİN başçısı Erkki Tuomioyya bildirib.
Qeyd edək ki, İsveç və Norveç artıq bir müddətdir ki, fələstinlilərə diplomatik status verib.
Bununla yanaşı, Danimarka hökuməti Fələstin milli administrasiyasına dövlət sektorunda xərclərin və pensiyaların, sosial yardımların qarşılanması üçün 21 milyon dollar yardım ayırıb.