Azərbaycan, Bakı, 7 may / Trend, müxbir A. Tağıyeva/
Türkiyə sınaq uçuşlarından sonra ilk yerli pilotsuz uçuş aparatı ANKA-nın silsilə istehsalına hazırdır. Bu barədə Trend bazar ertəsi "The Lira" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, Türkiyənin "Türk Havacılık ve Uzay Sanayi A. Ş" (TUSAŞ) aerokosmik şirkəti artıq pilotsuz təyyarənin istehsalı üzrə sifarişlər qəbul edir və yaxın vaxtlarda onun silsilə istehsalına başlayacaq.