...

Türkiyəli analitik: Cənubi Qafqaz Forumu Balkan və Yaxın Şərq regionu üçün də bələdçi olacaq

Siyasət Materials 7 May 2013 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Bakıda keçirilən Cənubi Qafqaz Forumu sülh baxımından yalnız Qafqaz regionunda deyil, bölgənin digər ölkələrində də səs salacaq bir hadisədir.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Cənubi Qafqaz Forumunun iştirakçısı olan Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru, doktor Akkan Suver jurnalistlərə açıqlamasında bildirib.

Forumu təşkil etdiyi üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirən vəqfin baş direktorunun fikrincə, belə toplantıların sülh və bölgənin rifahı baxımından çox böyük önəmi var.

"İnanıram ki, bu gün Bakıda təşkil edilən bu forum yaxın gələcəkdə təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz ölkələri, hətta bir az da irəli gedərək deyərdim ki, Balkan və Yaxın Şərq ölkələri üçün də bir bələdçi olacaq", - Suver deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti