...

Sergey Lavrov: Rusiya Suriyaya qadağan olunmuş silah satmır

Siyasət Materials 10 May 2013 22:42 (UTC +04:00)
Rusiya Suriyaya qadağan olunmuş hücum silahları tədarük etmir və etməyəcək. Trend BBC-yə istinadən məlumat verir ki, bu barədə RF xarici işlər naziri Sergey Lavrov bildirib.
Sergey Lavrov: Rusiya Suriyaya qadağan olunmuş silah satmır

Azərbaycan, Bakı, 10 may /Trend/

Rusiya Suriyaya qadağan olunmuş hücum silahları tədarük etmir və etməyəcək. Trend BBC-yə istinadən məlumat verir ki, bu barədə RF xarici işlər naziri Sergey Lavrov bildirib.

Varşavada səfərdə olan Lavrov qeyd edib ki, Moskva əvvəlki müqavilə üzrə müdafiə silahlarının tədarükünü başa çatdırır və Suriyaya S-300 kompleksi satmağı planlaşdırmır.

"Rusiya satmağı planlaşdırmır, Rusiya artıq satıb və imzalanmış müqaviləyə uyğun olaraq, hava hücumundan müdafiə sistemi texnikasının tədarükünü başa çatdırır. Bu heç bir beynəlxalq norma ilə qadağan olunmayıb, bu, müdafiə xarakterli silahlardır", - o deyib.

Lavrov Varşavada Polşa və Almaniyanın xarici işlər nazirləri Radoslav Sikorski və Gido Vestervelle ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti