...

Cəmil Çiçək: Ankara Tehran ilə əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir

Siyasət Materials 11 May 2013 07:14 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirib ki, İran ilə əlaqələrin möhkəmləndirilməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.
Cəmil Çiçək: Ankara Tehran ilə əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir

Azərbaycan, Bakı, 11 may /Trend/

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirib ki, İran ilə əlaqələrin möhkəmləndirilməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

O, İran parlamentinin vitse-spikeri Lütfulla Fürunzadə ilə görüşündə əlavə edib ki, Türkiyə qonşu ölkələrin təhlükəsizliyinə böyük əhəmiyyət verir və buna sülh və inkişafın təminatı kimi baxır.

"Biz həmişə qonşu ölkələrdən, o cümlədən İrandan yaxşı xəbərlər gözləyirik", - deyən Çiçək ümid etdiyini bildirib ki, İranda qarşıdakı prezident seçkiləri uğurla keçiriləcək.

"Hesab edirəm ki, biz dövlət xadimləri ikitərəfli əlaqələrin inkişafına görə məsuliyyət daşıyırıq, lakin beynəlxalq məsələlər üzrə müxtəlif fikirlərin olması təbiidir", - o deyib.

Öz növbəsində, Fürunzadə qeyd edib ki, biz məmurlar iki ölkənin qədim tarixə malik ikitərəfli əlaqələri və ümumi dəyərləri sayəsində qarşılıqlı fəaliyyəti genişləndirməliyik.

Ankaranın İranın dinc məqsədli nüvə proqramına dəstəyini qiymətləndirən vitse-spiker əlavə edib ki, əlaqələrin inkişafı iki ölkənin xeyrinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti