...

KİV: Suriya Prezidenti siyasi sığınacaq axtarır

Siyasət Materials 11 May 2013 12:28 (UTC +04:00)
Suriyada hökumət qüvvələri və silahlı müxalifət arasında şiddətli döyüşlərin davam etdiyi bir vaxtda Suriya Prezidenti Bəşşar Əsəd siyasi sığınacaq axtarır.
KİV: Suriya Prezidenti siyasi sığınacaq axtarır

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir R.Hafizoğlu/

Suriyada hökumət qüvvələri və silahlı müxalifət arasında şiddətli döyüşlərin davam etdiyi bir vaxtda Suriya Prezidenti Bəşşar Əsəd siyasi sığınacaq axtarır. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, Ankara Suriya Prezidentinin xanımı Əsma Əsədin ölkəni tərk etməsi, Bəşər Əsədin isə hazırda gedə biləcəyi ölkə axtarışında olduğuna dair məlumatlara malikdir.

Qəzet həmçinin qeyd edir ki, Ankara hələlik Suriya Prezidentinin gedəcəyi ölkə barədə məlumatlara malik deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti