...

İranın vitse-prezidenti seçkilərdə iştirakdan imtina edir

Siyasət Materials 13 May 2013 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi qeydiyyatdan keçdikdən iki gün sonra qarşıdakı prezident seçkilərində namizədliyini geri götürüb. Bu barədə Trend bazar ertəsi "Fars" agentliyinə istinadən məlumat verir.

Rəhimi bu addımını onunla izah edib ki, rəsmi səlahiyyətlərini yerinə yetirmək əvəzinə öz vaxtını seçkilərə sərf edə bilməz.

Qeyd edək ki, Rəhimi ölkənin indiki dövlət başçısı Mahmud Əhmədinejadın yaxın müttəfiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti