...

Əli Xamneyi: İran mömin və inqilabın ideallarına sadiq prezident seçəcək

Siyasət Materials 15 May 2013 16:16 (UTC +04:00)
İran İslam İnqilabının lideri hesab edir ki, İran xalqının məqsədi qarşıdakı prezident seçkilərində mömin və inqilabın ideallarına sadiq insanı seçməkdir.
Əli Xamneyi: İran mömin və inqilabın ideallarına sadiq prezident seçəcək

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Tariverdiyeva/

İran İslam İnqilabının lideri hesab edir ki, İran xalqının məqsədi qarşıdakı prezident seçkilərində mömin və inqilabın ideallarına sadiq insanı seçməkdir. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

Ali dini lider Ayətullah Əli Xamneyinin sözlərinə görə, bu hədəf qarşıdakı seçkilərdə xalqın fəal iştirakı halında aydın olacaq.

Onun sözlərinə görə, seçim meyarları namizədin ölkənin ləyaqətini müdafiə etməyə hazır və İslam İnqilabının ideallarına sadiq olmasıdır.

Xamneyi onu da qeyd edib ki, seçicilər namizədlərin səsləndirdiyi, lakin yerinə yetirə bilməyəcəyi şüarlara diqqət yetirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti