...

Azərbaycan NATO Parlament Assambleyasının yaz sessiyasında təmsil olunacaq

Siyasət Materials 15 May 2013 19:52 (UTC +04:00)
Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Azərbaycan NATO Parlament Assambleyasının yaz sessiyasında təmsil olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildirlər.

Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya ilə tərəfdaşlığı, məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı, Əfqanıstanın gələcəyi, raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 20-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti