Azərbaycan, Bakı, 19 may /Trend/
Suriya Prezidenti Bəşşar Əsəd şənbə günü Argentina KİV-də dərc olunan müsahibəsində bildirib ki, istefa məsələsinə baxmır və ona öz postunu tərk etməklə bağlı ünvanlanmış çağırışları məqbul saymır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Əsəd kimlərinsə "Suriya Prezidenti istefaya getməlidir" fikrini qeyri-məqbul sayır: "Çünki bunu ABŞ, digər ölkələr və ya terrorçular istəyir. Məni xalq seçib və məhz Suriya xalqı mənim istefaya gedib-getməməyim barədə qərar verməlidir. Bunu isə 2014-cü ildə keçiriləcək seçkilər göstərəcək".
Prezident qeyd edib ki, bundan başqa, indi ölkədə böhran yaşanır: "Gəmi fırtınaya düşəndə, kapitan qaçmır. İstefaya getmək qaçmaq deməkdir".