...

Jan-Klod Minyon: Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır

Siyasət Materials 27 May 2013 17:05 (UTC +04:00)
Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bazar ertəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə bildirib.
Jan-Klod Minyon: Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Avropa Şurası arasında yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bazar ertəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə bildirib.

Minyon deyib ki, Azərbaycan və Avropa Şurasının yaxın tərəfdaşlıq əlaqələri var: "Və bizim aramızda yaranan bütün məsələlər qarşılıqlı müzakirə olunmalıdır".

O, AŞ PA sədri kimi 800 milyon avropalı vətəndaşın adından danışdığını deyərək, Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb.

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan Minyon bildirib ki, həmin dostluq qrupunun fəaliyyəti çox aktivdir: "Fransa ilə Azərbaycan parlamentləri arasındakı münasibətlərin bugünkü səviyyəsindən razıyam".

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Şurası Azərbaycan üçün çox əhəmiyyətli qurumdur: "Bu gün Azərbaycan və Avropa Şurası arasında əlaqələr yüksələn xətlə inkişaf edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti