...

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 29 May 2013 19:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafından məmnunluq bildirilib, xüsusilə enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin formalaşması yüksək qiymətləndirilib. Bu əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, münaqişənin həllinin uzanması regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllinə əsas maneə hesab edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti