...

Moldova Parlamenti spikerini seçdi

Siyasət Materials 30 May 2013 23:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Moldova Demokrat Partiyasının namizədi İqor Korman Parlamentin spikeri seçilib. Trend RİA Novostiyə istinadən xəbər verir ki, 101 deputatdan 58-i ona səs verib. Kommunistlərin namizədi Serciu Stati 31 səs toplayıb.

Məlumatda deyilir ki, Kormanın namizədliyini demokratlar, liberal-demokratlar, liberal islahatçılar dəstəkləyiblər. Razılaşmaya əsasən, indi demokratlar liberal-demokratların Baş nazir postuna namizədi Yuri Lyankeni dəstəkləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti