...

İlham Əliyev Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib

Siyasət Materials 3 İyun 2013 15:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul etmişdir.
İlham Əliyev Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası Parlament Assambleyasında fəal əməkdaşlıq etdiyi qeyd olunaraq bu qurumda qarşılıqlı dəstəyin verilməsi yüksək qiymətləndirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti