...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilib

Siyasət Materials 7 İyun 2013 14:23 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilib.Bu qərar bü gün Yeni Azərbaycan Partiyasının keçirilən V qurultayında qəbul edilib.

Bu barədə cümə günü Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Aydın Mirzəzadə deyib.

Bundan başqa, YAP-ın icraçı katibi, deputat Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da partiyanın Sədr müavinləri seçiliblər.

Daha əvvəl verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən YAP-ın Sədri vəzifəsinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti