...

Siyavuş Novruzov: Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq

Siyasət Materials 13 İyun 2013 14:57 (UTC +04:00)
Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq.
Siyavuş Novruzov: Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, Milli Şuranın heç bir perspektivi yoxdur və kimin namizəd olmasından asılı olmayaraq, bu qurum uğur qazana bilməyəcək.

Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq Novruzov bildirib ki, iki ölkə arasında yüksək səviyyəli münasibətlər var:

"Bu yaxınlarda xarici işlər naziri Moskvaya səfər etdi, Volqoqradda Rusiya-Azərbaycan biznes forumu keçirildi, eyni zamanda, prezidentlərin rəhbərliyi altında forumlar keçirilir. Bundan başqa Heydər Əliyev Fondu tərəfindən Rusiyada geniş miqyasda layihələr həyata keçirilir və sair. İndi kim ki, özünü Rusiyada azərbaycanlıların ağsaqqalı hesab edir, elə bilir ki, orada azərbaycanlıların ağsaqqalıdır və ya ağsaqqal ola bilər, o adam səhv edir. Bu kimi adamlar müstəqil şəxslərdir, gedib orada öz biznesləri ilə məşğul olurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti