...

ABŞ eksperti: Təhlükəsizliyin təminatında Azərbaycanın rolu artacaq

Siyasət Materials 14 İyun 2013 15:42 (UTC +04:00)
Təhlükəsizliyin təminatında Azərbaycanın rolu artacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Hadson İnstitutunun Hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts bildirib.
ABŞ eksperti: Təhlükəsizliyin təminatında Azərbaycanın rolu artacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Təhlükəsizliyin təminatında Azərbaycanın rolu artacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda Hadson İnstitutunun Hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts bildirib.

Onun sözlərinə görə, Əfqanıstandan NATO kontingentinin çıxarılması zamanı tranzit ölkə kimi Azərbaycanın rolu nəzərə alınsa, ümumilikdə Azərbaycanın rolu bu məsələlərdə daha da artacaq.

Ekspert bildirib: "Azərbaycanın dünya ictimaiyyətində təhlükəsizliyin təminatı üzrə yaxşı nüfuzu var. Azərbaycan NATO ilə fəal əməkdaşlıq edərək qlobal enerji təhlükəsizliyi, həmçinin qlobal təhlükəsizlikdə vacib rol oynayır".

Transxəzər qaz kəməri enerji layihəsinin həyata keçirilməsi ilə bağlı Uayts deyib: "Bu layihənin reallaşdırılmasına Xəzərin hüquqi statusu mane olur. Avropa bazarına enerji resurslarının çatdırılması üzrə layihəni həyata keçirmək çətindir, çünki Xəzəryanı ölkələr Xəzərin statusunu müəyyənləşdirməyiblər".

Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan ekspert qeyd edib ki, münaqişənin həll edilməməsi transmilli təhlükəsizlik üçün təhlükə doğurur.

Onun sözlərinə görə, münaqişənin nizamlanmaması, həmçinin bu ərazi vasitəsilə qanunsuz qaçaqmalın keçirilməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti