...

Azərbaycanı QDİƏT XİN Şurasının iclasında xarici işlər nazirinin müavini təmsil edəcək

Siyasət Materials 18 İyun 2013 16:38 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
Azərbaycanı QDİƏT XİN Şurasının iclasında xarici işlər nazirinin müavini təmsil edəcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclas iyunun 21-də Ukraynanın Odessa şəhərində keçiriləcək.

İclasda təşkilatın üzv dövlətləri arasında əməkdaşlıq və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT - Avropa İttifaqı əməkdaşlığı, QDİƏT-də müşahidəçi statuslarının uzadılması üçün müraciətlər, QDİƏT-in Layihə İnkişaf Fondunun və digər orqanlarının fəaliyyəti və iclasın gündəliyində duran digər məsələlər nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti