...

Azərbaycan-Belçika münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 19 İyun 2013 17:46 (UTC +04:00)
Belçika Kralı II Albert tərəfindən Belçikaya yeni təyin edilmiş səfirlərin şərəfinə verilmiş rəsmi qəbul zamanı Kral II Albert və səfir Fuad İsgəndərov arasında ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair təkbətək müzakirə təşkil olunub.
Azərbaycan-Belçika münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Əhmədova/

Belçika Kralı tərəfindən Belçikaya yeni təyin edilmiş səfirlərin şərəfinə verilmiş rəsmi qəbul zamanı Kral II Albert və səfir Fuad İsgəndərov arasında ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair təkbətək müzakirə təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Kral II Albertlə söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını Krala yetirərək, ölkələrimiz arasında tikinti, səhiyyə və enerji sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb və Azərbaycan tərəfinin bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Kral II Albert, öz növbəsində, iki ölkə arasında mövcud olan siyasi əlaqələrin səviyyəsindən məmnunluq bildirərək, onun səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Kral II Albert iki ölkə arasında əlaqələrin daha da intensivləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti