...

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilir (FOTO)

Siyasət Materials 27 İyun 2013 12:16 (UTC +04:00)
Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilir.
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olan 11 ölkənin gənc liderlərinin Forumu keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirdə AAGİB sədri Vüqar Əhmədov layihənin məqsədinin bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılılması və QDİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulması olduğunu bildirib.

Forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, 20 ildən artıqdır ki, fəaliyyət göstərən QDİƏT yaranarkən hələ heç kim bu təşkilatın gələcəkdə nəyə qadir olacağını və nələr edə biləcəyini bilmirdi: "Çox sevindirici haldır ki, bu gün bu quruma daxil olan ölkər çox aktiv şəkildə özlərini təzahür edə bilirlər".

Paşayev bildirib ki, azərbaycanlı gənclərin də bu quruma maraq göstərməsi bu gün artıq ölkədə inkişaf edən vətəndaş cəmiyyətinin gücləndiyindən xəbər verir.

Onun sözlərinə görə, bu gün əcnəbi gənclərlə azərbaycanlı gənclərin əlaqələri, əməkdaşlığı genişlənir: "Bu da təbii ki, ölkədə aparılan düzgün siyasətin, həmçinin vətəndaş cəmiyyətinin əldə etdiyi nailliyətlərin bariz nümunəsidir".

Forumda çıxış edən Qara Dəniz ölkələrinin QHT forumunun sədri, millət vəkili Azay Quliyev isə gənclərin təşəbbüsünü alqışladığını bildirərək ölkəmizin regionun aparıcı dövləti olduğunu və quruma sədrliyin Azərbaycanda olmasının bu nüfuzun göstəricisi olduğunu vurğulayıb.

Millət vəkili QDİƏT-nin QHT Forumu təsis olunduqdan sonra Gənclər Forumunun keçirilməsini azərbaycanlı gənclərin QDİƏT strukturuna inteqrasiyasını təmin edəcəyini və bu regionda gənclər arasında əməkdaşlıq imkanlarını artıracağını bildirib.

Millət vəkili bu ilin may ayında QDİƏT-nin QHT Forumunun Ankarada keçirilən toplantısında təşkilatın gənclər birliyinin yaradılması və onun baş ofisinin Trabzonda yerləşməsi haqqında qərar verdiklərini deyib.

Quliyev bunun davamı olaraq Qara Dəniz ölkələri QHT Forumunun bu ilin noyabr ayında Serbiyada keçiriləcək növbəti toplantısında qurumun gənclər qolunun rəsmən təsdiqlənəcəyini vurğulayıb.

QDİƏT QHT Forumunun sədri təşkilatın gənclər qolunun gənc liderlərə bölgə üçün önəmli mövzular ətrafında fikir mübadiləsi aparmaq, bu platformada iqtisadi, sosial və mədəni sahədə əməkdaşlığı genişləndirmək və vahid tərəfdaşlıq strategiyasını müəyyən etməyə imkan verəcəyini diqqətə çatdırıb.

Forumda çıxış edən Qara Dəniz Ölkələri Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Asəf Hacıyev qeyd edib ki, Qara dəniz regionu tarixən dünya üçün maraqlı olub: "Coğrafi baxımdan bu region şərqlə və qərb, Avropa və Asiya arasında bir körpü rolu oynayıb və bu regionda həmişə yüksək intellektual potensala mailk insanlar yaşayıblar".

O qeyd edib ki, bu gün bu quruma daxil olamayan ölkələr də bu təşkilatın işlərində aktiv iştirak edirlər və bura maraq göstəirlər: "Bu gün Azərbaycan kiçik dövlət olsa da, ancaq ölkədə böyük layihələr həyata keçirilir. Bu layihələrdə isə gənclər aktiv iştirak edir. Deməli, biz gənclərimizi gələcəyə düzgün hazırlaya bilmişik və hazırlamalıyıq da".

Forumda çıxış edən millət vəkili Musa Qasımlı qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yarandığı gündən böyük bir yol keçib.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə vurğulayıb ki, Azərbaycanda beynəlxalq gənclər təşkilatının yaranması artıq bir ənənəyə çevrilib: "Deyim ki, bu qurum bu il Azərbaycanda təsis edilən yeganə beynəlxalq qurum deyil. Bu da təbii ki, dövlətin gənclər siyasətinə olan diqqət və qayğısından xəbər verir. Həmçinin dövlətimiz gənclərimizin beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində maraqlıdır. Bu gün cənab Prezident İlham Əliyevin gənclərə olan diqqəti hər kəsə məlumdur. Biz də çalışırıq ki, ölkədə genişənməkdə olan gənclər siyasətinə və təşkilatlarına hər zaman öz dəstəyimizi verək".

Daha sonra forum "Qara Dəniz regionu: Ərazi münaqişələri və onların regional təhlükəsizliyə təhdidi", "Qara dəniz ölkələri ərazisində gənclərin beynəlxalq əməkdaşlıq perspektivi" panelləri ilə davam etdirilib.

Forumda Azərbaycan, Türkiyə, Gürcüstan Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak edirlər.

Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsi qəbul ediləcək. Sənəddə Bakıda bir araya gələn QDİƏT-ə üzv olan 11 ölkənin gənc liderlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və onun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı QHT Forumunun fəaliyyətini dəstəklədiyi bəyan ediləcək. Forum iyunun 28-də öz işinə yekun vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti