Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Tanrıverdiyev/
Terrrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisini tərk etməyə davam edirlər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
Baş nazirin müavinin sözlərinə görə, bəzi KİV-də tez-tez PKK yaraqlılarının Türkiyə ərazisini tamamilə tərk etməsi barədə məlumatlar yayılır, lakin bu məlumatlar həqiqətə uyğun deyil.
Bozdağ bildirib: "Hazırda PKK yaraqlıları Türkiyə ərazisini tərk etmə prosesini davam etdirir. Onların neçə faizinin Türkiyəni tərk etməsi barədə məlumat vermək hələlik mümkün deyil".