Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Tağıyeva/
İstanbulun Saraçhane rayonunda Misir Prezidenti Məhəmməd Mursiyə dəstək əlaməti olaraq aksiyanın keçirilməsi planlaşdırılır. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.
Aksiya Mursinin siyasi, iqtisadi və dini baxışlarını dəstəkləyən aktivistlər qrupu tərəfindən həyata keçiriləcək.
Aksiyanın bu gün yerli vaxtla saat 20:30-da başlaması gözlənilir.
Qeyd edək ki, Misirdə ölkə başçısı Məhəmməd Mursinin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir.