Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Xarici İşlər Nazirliyi Misir sularına daxil olan Türkiyəyə məxsus gəminin göyərtəsində silah-sursat aşkarlanması barədə məlumatları araşdırır. Bu barədə Trend Türkiyə XİN-in rəsmi saytına istinadən məlumat verir.
Ötən gün bir sıra Misir KİV-ləri xəbər yayıblar ki, Misir sularına daxil olan Türkiyəyə məxsus gəminin göyərtəsində asanlıqla öldürücü silaha çevrilə bilən akustik silahlar aşkarlanıb.
XİN məlumatında qeyd olunur ki, Türkiyə Qahirədəki səfirliyindən hadisənin təfərrüatlarını araşdırmağı və insident haqqında ətraflı hesabat verməyi tələb edib.
Məlumatda bildirilir ki, Türkiyə Misirdəki qarşıdurmaların əleyhinədir və ölkədə vəziyyətin tezliklə sabitləşməsini dəstəkləyir.