Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyası vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıb.