...

Sərdar Cəlaloğlu: Seçkilərdə elə mövqe tutmalıyıq ki, dövlət maraqları zərbə almasın

Siyasət Materials 27 İyul 2013 11:22 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) seçkilərdə elə mövqe tutacaq ki, dövlət maraqları zərbə almasın. Bunu Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Sərdar Cəlaloğlu: Seçkilərdə elə mövqe tutmalıyıq ki, dövlət maraqları zərbə almasın

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Demokrat Partiyası (ADP) seçkilərdə elə mövqe tutacaq ki, dövlət maraqları zərbə almasın. Bunu Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədrinin sözlərinə görə, hadisələr çox gərginləşib: "Rusiya tərəfinin Azərbaycanla bağlı hədələri artıb. Biz seçkilərdə elə mövqe tutmalıyıq ki, dövlət maraqları zərbə almasın, vətəndaş qarşıdurması istiqamətindəki proseslərə dəstək kimi çıxmasın".

S.Cəlaloğlu seçkilərdə namizədliyinin verilməsi ilə bağlı məsələnin də hələ tam dəqiqləşdirilmədiyini bildirib: "Avqust ayının sonuna, Seçki Məcəlləsində göstərilən vaxta yaxın biz də namizədlə bağlı öz mövqeyimizi ortalığa qoyacağıq".

Qeyd edək ki, ADP-nin də üzv olduğu "Qarabağ" blokunun digər üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti