...

Rüstəm Usubov: Seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər

Siyasət Materials 31 İyul 2013 11:36 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkisində seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilər.
Rüstəm Usubov: Seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda keçiriləcək prezident seçkilərində seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib.

R.Usubov bildirib ki, 2005-2006-cı illərdə ötən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-i MSK-dan, 35-i DSK-lardan, 4-ü siyasi partiyalar blokundan, 31-i hüquq-mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan daxil olub.

R.Usubov qeyd edib ki, həmin vaxt 20 DSK ilə bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib. 4 dairə seçki komissiyasının nəticəsi MSK, 6 dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.

2008-ci ilin prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciət daxil olmadığını deyən R. Usubovun sözlərinə görə, 2010-cü ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub: "Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5-i ilə bağlı şərh verilib. Bir müraciətlə bağlı isə cinayət işi açılıb: "Həmin məsələ 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti