...

Baş nazir: Türkiyədə gələcək iqtisadi nailliyyətlər üçün siyasi stabillik vacibdir

Siyasət Materials 1 Avqust 2013 09:58 (UTC +04:00)
Türkiyədə iqtisadi nailliyyətlərin möhkəmləndirilməsi və davam etdirilməsi üçün siyasi stabilliyin saxlanması vacibdir. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Baş nazir: Türkiyədə gələcək iqtisadi nailliyyətlər üçün siyasi stabillik vacibdir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə iqtisadi nailliyyətlərin möhkəmləndirilməsi və davam etdirilməsi üçün siyasi stabilliyin saxlanması vacibdir. Trend-in cümə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, "Türkiyədə hər hansı qarışıqlıq və toqquşmalar ölkə iqtisadiyyatına birbaşa təsir edir. Ona görə də biz stabilliyi qoruyub saxlamalıyıq".

Baş nazirin sözlərinə görə, Türkiyədə hər kəs öz hüqüqlarını tələb edə bilər. Lakin bu, xaos və iğtişaşların yaradılması yolu ilə deyil, demokratik yolla edilməlidir.

Türkiyədə mayın sonlarından başlayaraq üç həftəyə yaxın etiraz aksiyaları keçirilib. Hökumət nümayəndələrinin sözlərinə görə, bu aksiyalar antihökumət xarakteri daşıyıb.

Türkiyənin müxalifət partiyaları polisi etirazçılara qarşı həddindən artıq güc tətbiq etməkdə günahlandırırlar.

Türkiyədəki etirazlar zamanı dörd minə yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb, beş nəfər həlak olub, 4,9 min nəfər isə polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti