...

Dövlət Departamenti Obamanın Putinlə görüşü təxirə salmasını dəstəkləyir

Siyasət Materials 8 Avqust 2013 02:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Prezident Barak Obamanın Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü təxirə salmaq barədə qərarını dəstəkləyir. Trend-in RİA Novosti-yə istinadən məlumat verir ki, bunu jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

Onun sözlərinə görə, qərar Milli Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə dəstəklənib: "Dövlət katibi razılaşır ki, biz əməkdaşlığın daha konstruktiv addım olan prezidentlər səviyyəsində sammitin keçirilməsi mərhələsində deyilik".

Bununla yanaşı, Psaki qeyd edib ki, ABŞ Rusiya ilə əməkdaşlığın vacib olduğunu hesab edir və onlara avqustun 9-da Vaşinqtonda xarici işlər və müdafiə nazirlərinin görüşündə bir sıra məsələləri müzakirə etmək şansı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti