...

ABŞ-ın Azərbaycandakı səfirliyi: Ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək

Siyasət Materials 20 Avqust 2013 13:53 (UTC +04:00)
Biz ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan jurnalistlərə bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi: Ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Biz ümid edirik ki, Azərbaycanda bu il şəffaf prezident seçkiləri keçiriləcək. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan jurnalistlərə bildirib.

D.Hoqan qeyd edib ki, Sumqayıta etdiyi səfər çərçivəsində keçirdiyi görüşlər zamanı şəhərdə prezident seçkiləri öncəsi vəziyyətlə bağlı müzakirələr aparıb: "Çünki biz düşünürük ki, seçki hazırda ən vacib mövzulardan biridir. Biz ümid edirik ki, şəffaf seçkilər keçəcək. Bizdə belə bir deyim var ki, seçki yalnız seçki günündə baş vermir. Seçki əslində mahiyyət etibarilə həm də seçkiyə aparan müddətdir. Ona görə də sözsüz ki, bu mövzu bizim müzakirələrin əsas mövzularından biridir. Biz bunu həm hökumət qüvvələri, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti