...

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıta səfər edib (FOTO)

Siyasət Materials 20 Avqust 2013 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Sumqayıta səfər edib. Trend-in məlumatına görə, D.Hoqan əvvəlcə Demokratiya və İnsan Haqları Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Sonra o, Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Müvəqqəti işlər vəkili D.Noqan Sumqayıtdakı ABŞ Təhsil Mərkəzinə də baş çəkib və burada ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb. Vəkil bildirib ki, mübadilə proqramları çərçivəsində ABŞ-a səfər edən məzunların yüksək səviyyəsi onda yüksək təəssürat yaradır. Bu şəxslər Azərbaycan və ABŞ arasında güclü əlaqə qurmağa kömək edirlər.

Daha sonra müvəqqəti işlər vəkili Sumqayıtda və ətraf ərazilərdə xidmət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. O, səfərini Sumqayıt Texnologiyalar Parkında gəzinti və Sumqayıt Gənclərinin Hüquqi Təhsil İctimai Birliyinin nümayəndələri ilə görüşlə yekunlaşdırıb.

D.Noqan jurnalistlərə Sumqayıta gəlməyindən çox məmnun olduğunu deyib: "Azərbaycana yeni gəlmişəm. Beş həftədir ki, Azərbaycandayam. Sumqayıta səfərim demək olar ki, Bakıdan kənara ilk çıxışımdır. Sumqayıta səfərim zamanı icra başçısı ilə görüşüm olub. Demokratiya və İnsan Haqları Mərkəzində vətəndaş çəmiyyətinin nümayəndələri ilə görüşdüm. Əsas məqsədim yerli vəziyyətlə tanış olmaq idi".

D.Hoqanın sözlərinə görə, Sumqayıtın icra başçısı ilə görüş nəticəsində onun önəm verdiyi məsələlərdən birinin şəhərin iqtisadi inkişafına nail olmaq olduğunu başa düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti