...

Əməkdar incəsənət xadimi: Rüstəm İbrahimbəyov siyasətçi deyil

Siyasət Materials 23 Avqust 2013 16:47
Rüstəm İbrahimbəyov siyasətçi deyil və heç vaxt siyasətlə məşğul olmayıb.
Əməkdar incəsənət xadimi: Rüstəm İbrahimbəyov siyasətçi deyil

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust / Trend, müxbir M.Əliyev/

Rüstəm İbrahimbəyov siyasətçi deyil və heç vaxt siyasətlə məşğul olmayıb.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Muğam Teatrının direktoru, əməkdar incəsənət xadimi Arif Qazıyev bildirib.

A.Qazıyev deyib ki, Rüstəm İbrahimbəyov sənətkardır və öz sənəti ilə məşğul olsa, daha yaxşı olar: "Son vaxtlar gəlib siyasətə, Milli Şuranı yaratdı. Lakin hər kəs gərək yorğanına görə ayağını uzatsın. Gərək dünya iqtisadiyyatını, siyasətini, ölkənin bütün sahələrini yaxşı biləsən ki, bunların öhdəsindən gələ bilərsən. Bunu yaxşı bilən, xalqın qeydinə, qayğısına qalan, dünyada tanınmış Prezident İlham Əliyev cənablarıdır. Daha məqsədəuyğundur ki, Azərbaycan xalqı yenə ona səs versin və İlham Əliyevin seçilməsi insanların həyatında böyük dönüş olacaq. İnsanlar hamısı prezident İlham Əliyevi dəstəkləyirlər".

Arif Qazıyev Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqındakı fəaliyyəti barədə də danışıb. "O qurumda bir qrup adamlar var idi ki, oturmuşdular orada, özləri üçün ağalıq edirdilər - nə bir seminar keçirilirdi, nə cavan rejissorlarla, nə də yaşlı sənətkarlarla görüş keçirilirdi. Günləri yeyib-içməklə keçirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti