...

Azərbaycan Prezidenti Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 30 Avqust 2013 02:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır.

Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, kafe fəaliyyət göstərəcəkdir. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti