...

Fars körfəzi ölkələri vahid viza rejiminə keçə bilərlər

Siyasət Materials 30 Avqust 2013 14:09 (UTC +04:00)
Fars körfəzinin ərəb ölkələri Avropada Şengen vizası nümunəsi üzrə xarici turistlər üçün vahid viza sisteminə keçmək niyyətindədirlər.
Fars körfəzi ölkələri vahid viza rejiminə keçə bilərlər

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir A.Tağıyeva/

Fars körfəzinin ərəb ölkələri Avropada Şengen vizası nümunəsi üzrə xarici turistlər üçün vahid viza sisteminə keçmək niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Küveytin "Əl-Ray" qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, Fars körfəzi ölkələrindən birindən viza alan xarici turist Fars körfəzi Əməkdaşlıq Ölkələri Təşkilatına (FKƏÖT) daxil olan bu regionun altı ərəb ölkəsinə də səyahət edə bilər.

FKƏÖT ölkələri belə bir viza sistemini yaxın illərdə tətbiq etmək niyyətindədirlər. Belə bir vizanı əldə etmək üçün xarici vətəndaşlar bank hesablarında müəyyən məbləğə malik olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti