...

Bəşşar Əsəd: Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək

Siyasət Materials 2 Sentyabr 2013 23:31 (UTC +04:00)
Suriyaya zərbə endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq və Yaxın Şərqdə miqyaslı müharibəyə sövq edə bilər.
Bəşşar Əsəd: Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Suriyaya zərbə endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq və Yaxın Şərqdə miqyaslı müharibəyə sövq edə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşşar Əsəd deyib.

B.Əsəd Fransanın "Figaro" qəzetinə müsahibəsində bildirib: "Yaxın Şərq odun yaxınlaşdığı barıt çəlləyidir".

Xaricdən hərbi müdaxilə olarsa, Suriya rejiminin reaksiyasının necə olacağı sualına cavab verən Prezident qeyd edib ki, Suriyanın necə cavab verəcəyindən deyil, ilk zərbədən sonra nə olacağından danışmaq lazımdır:

"Heç kəs nə baş verəcəyini bilmir. Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək, xaos və ekstremizm yayılacaq. Bütün regionda müharibə riski mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti