...

Türkiyə: ABŞ Suriyaya qarşı mümkün hərbi əməliyyatlarda iştirak edəcək

Siyasət Materials 3 Sentyabr 2013 10:20 (UTC +04:00)
ABŞ böyük ehtimalla Suriyaya qarşı mümkün hərbi əməliyyatlarda iştirak edəcək.
Türkiyə: ABŞ Suriyaya qarşı mümkün hərbi əməliyyatlarda iştirak edəcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Tağıyeva/

ABŞ böyük ehtimalla Suriyaya qarşı mümkün hərbi əməliyyatlarda iştirak edəcək. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç Türkiyənin Nazirlər Şurasının iclasının yekunlarına dair çıxışında bildirib.

Baş nazirin müavini bildirib: "Əgər hərbi müdaxilə olarsa, onda bunu, ilk növbədə ABŞ edəcək". Arınçın sözlərinə görə, nə sülhməramlı koalisiya qüvvələri, nə də NATO ABŞ-sız Suriyada hərbi əməliyyatların keçirilməsinə qərar verməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti