...

Sərdar Cəlaloğlu: Milli Şura ilə "EL" hərəkatı arasında yaranan qarşıdurma gözlənilən idi

Siyasət Materials 4 Sentyabr 2013 11:03 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Milli Şura ilə "EL" hərəkatı arasında yaranan qarşıdurmanın gözlənilən olduğunu hesab edir.
Sərdar Cəlaloğlu: Milli Şura ilə "EL" hərəkatı arasında yaranan qarşıdurma gözlənilən idi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Milli Şura ilə "EL" hərəkatı arasında yaranan qarşıdurmanın gözlənilən olduğunu hesab edir.

ADP sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, Milli Şuradakı adamlar yalnız Rüstəm İbrahimbəyova görə birləşmişdilər: "Bir-biriləri ilə siyasi və başqa münasibətləri olmamasına baxmayaraq Rüstəm İbrahimbəyova görə birləşmişdilər. İbrahimbəyov gəlməyəndən sonra Milli Şuradakı adamlar arasında ziddiyətlər ortaya çıxmalı idi. Yəni Milli Şuradakı qüvvələrin yola getməməsi təbiidir, burada gözlənilməz bir şey yoxdu".

S.Cəlaloğlu əlavə edib ki, artıq Rüstəm İbrahimbəyov gəlmədiyinə görə, Milli Şurada ciddi maraqlar da yoxdur və ona görə də ordakılar maraqları harda təmin olunur ora gedir.

ADP sədrinin fikrincə, digər tərəfdən də Milli Şuraya təsadüfi adamları doldurmuşdular və millətə təqdim edirdilər ki, guya ən "qaymaqlar" burdadı, amma sonradan o adamların əksəriyyəti Milli Şuraya qarşı ağır ittihamlar sürməyə başladılar: "Yəni Milli Şura haqqında ictimai rəydə başqa təəssürat yaratmaq istəyirdilər. Amma əslində Milli Şura elə indiki İctimai Palatadır. AXCP, Müsavat Partiyası və onlara yaxın olan adamlardır. Yəni Milli Şuraya İctimai Palata kimi baxmaq lazımdır. Hətta mən təklif etmişdim ki, Rüstəm İbrahimbəyov gəlmirsə, prosesləri yenidən İctimai Palataya qaytarmaq lazımdır. Onsuz da burada İctimai Palatadan kənar heç bir qüvvə yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti