Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabada səfərini başa çatdıraraq Masallı rayonuna gəlib.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulub.
2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb.
Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.