...

AŞPA-nın müşahidə missiyası siyasi partiyaların nümayəndələri və prezidentliyə namizədlərlə görüşəcək

Siyasət Materials 11 Sentyabr 2013 17:02 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyəti müşahidə etməyə gələn missiyası sabah bir sıra görüşlər keçirəcək.
AŞPA-nın müşahidə missiyası siyasi partiyaların nümayəndələri və prezidentliyə namizədlərlə görüşəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir S.Əhmədova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyəti müşahidə etməyə gələn missiyası sabah bir sıra görüşlər keçirəcək. Bu barədə Trend-ə Avropa Şurasının Bakı ofisindən bildiriblər.

Məlumatda bildirilir ki, Robert Uolterin rəhbərlik etdiyi 7 nəfərdən ibarət müşahidə missiyasının üzvləri sabah siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının nümayəndələri, media təmsilçiləri və prezidentliyə namizədlərlə görüşəcəklər.

Missiyanın səfəri sentyabrın 13-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti