...

Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır

Siyasət Materials 12 Sentyabr 2013 17:07 (UTC +04:00)
İslamofobiya insan hüquqlarının pozulması deməkdir və genişmiqyaslı etniklərarası və dinlərarası problemlərə səbəb olur.
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Tağıyeva/

İslamofobiya insan hüquqlarının pozulması deməkdir və genişmiqyaslı etniklərarası və dinlərarası problemlərə səbəb olur. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.

Arınç bildirib: "İslamofobiya cəmiyyətdə düşmənçiliyi yayan virus kimidir".

Onun sözlərinə görə, müsəlman ölkələri islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır: "Yalnız bu halda cəmiyyətdə bu anlayışın kökünü kəsməyə nail olmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti